UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək “Sabah” komandasının səfər planı bəlli olub.
Heftelik.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.
O, kollektivin sabah çarter reysi ilə İngiltərəyə yollanacağını söyləyib.
“Baş məşqçimiz Valdas Dambrauskasın oyundan əvvəl mətbuat konfransı sentyabrın 9-da, yerli vaxtla saat 19:30-da, komandanın açıq məşqi isə 20:00-da baş tutacaq”.
Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda start götürəcək.
