Hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Xidməti vəsiqə hakimə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilir.
Bu sənəd hakimin statusunu və vəzifəsini təsdiq edir və hakim səlahiyyət müddəti ərzində ondan istifadə edir.
Hakimin şəxsi məlumatları və ya vəzifəsi dəyişdikdə, həmçinin vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə yeni vəsiqə verilir.
Hakimin səlahiyyətlərinə xitam verildikdə isə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılır.
