Azərbaycan məhkəmələrinin sədrləri, sədr müavinləri və kollegiya sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Onların səlahiyyət müddəti 5 il müəyyən edilir.
Ali Məhkəmənin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin təyinatı ayrıca konstitusion qaydada həll olunur.
Digər məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifi əsasında həyata keçirilir.
Bu qayda məhkəmə rəhbərliyinin formalaşdırılmasında Məhkəmə-Hüquq Şurasının rolunu müəyyən edir.