Hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Onlar ədalətli və qərəzsiz olmalı, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməlidirlər.
Hakimlər müşavirə otağının sirrini qorumağa borcludurlar.
Qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatlar da gizli saxlanılmalıdır.
Hakimlər ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər.