Hakimlər heç bir seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Onlar elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
Hakimlərin siyasi fəaliyyətlə məşğul olması və siyasi partiyalara üzv olması da qadağandır.
Onlar vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Bu məhdudiyyətlər hakimlərin qərəzsizliyinin və müstəqilliyinin qorunmasına yönəlib.
