Azərbaycan Respublikasının bütün hakimləri işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Hakimlər bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Hakimlərə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiqlənən xidməti vəsiqə verilir. Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifəli şəxslərdən və digər şəxslərdən məlumat almaq hüququna malikdirlər. Onlar həmçinin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı şikayət etmək və öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək hüququna malikdirlər.