Dövlət rayon və şəhər ərazilərində yol hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu sistemlər yaşayış məntəqələrinin baş planları və müfəssəl planlaşdırılması layihələri nəzərə alınmaqla təşkil edilir.
Kompleks nəqliyyat sxemləri və yol hərəkətinin təşkili sxemləri də bu prosesdə əsas götürülür.
Qanunda pullu duracaqlarda və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasının müəyyən edilməsi də dövlətin vəzifəsi kimi göstərilir.
Yol hərəkəti təhlükəsizliyi üzrə elmi-tədqiqat işlərinin təşkili də dövlətin səlahiyyətlərinə daxildir.
