Fiziki şəxslərin avtomobil yollarında müəyyən edilmiş qaydalara uyğun sərbəst və maneəsiz hərəkət etmək hüququ vardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Fiziki şəxslər yol hərəkəti şəraiti barədə müvafiq dövlət qurumlarından məlumat almaq hüququna malikdirlər.
Onlar avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə də məlumat tələb edə bilərlər.
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı məhsul və xidmətlərin keyfiyyəti barədə məlumat almaq da vətəndaşların hüquqları sırasındadır.
Bundan başqa, yol hərəkəti təhlükəsizliyinə nəzarət edən vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət etmək mümkündür.
