Yol təhlükəsizliyi STANDARTLARI

07 Sentyabr 2026, 01:16

Yol hərəkəti təhlükəsizliyinə dair qaydalar, standartlar və texniki normalar qanunvericilikdə nəzərdə tutulan qaydada hazırlanmalı və təsdiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunda avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması da əsas istiqamətlər sırasında göstərilir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığının azaldılması məqsədilə dövlət qurumlarının fəaliyyəti əlaqələndirilməlidir.
Normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti də həyata keçirilir.