Qanun hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa sövq etməsini qadağan edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Fiziki şəxslər isə yol hərəkətinin təşkili, təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə əməl etməlidirlər. Onlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etməli və bu məqsədlə keçirilən tədbirlərdə dövlət orqanlarına kömək göstərməlidirlər. Fiziki şəxslər özlərinə məxsus nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görməlidirlər. Bundan başqa, yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması ilə bağlı tədbirlər həyata keçirilməlidir.
