Avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmamasına və təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə məsul şəxslər müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət əhəmiyyətli avtomobil yolları üzrə məsuliyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə düşür. Yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları məsuliyyət daşıyır. Özəl avtomobil yolları üzrə həmin yolların sahibləri, dəmiryol keçidləri üzrə isə dəmiryol təşkilatları cavabdehdir. Bu şəxslər və qurumlar qanunvericiliklə müəyyən edilmiş qaydada yol təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
