Suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yollarına axıdılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün yaradılmış kanalizasiya sistemlərinə və suötürücü qurğulara digər suların axıdılması da qadağandır.
Həmçinin avtomobil yollarının təhkim və mühafizə zolaqlarının, eləcə də yol örtüyünün çirkləndirilməsi yolverilməzdir.
Qanun müəyyən edilməmiş yerlərdən avtomobil yoluna daxil olmağı və yoldan çıxmağı da qadağan edir.
Bu məhdudiyyətlər əsasən yol örtüyünün qorunmasına və hərəkət təhlükəsizliyinin təmin edilməsinə yönəlib.