Qanun avtomobil, dəmiryol, hava və su nəqliyyatı vasitələrinin sığortasını ayrıca sığorta sinifləri kimi müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta növləri nəqliyyat vasitələrinin zədələnməsi və məhv olması risklərini əhatə edir.
Qaçırılma və oğurlanma nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərər də sığorta ödənişi ilə kompensasiya edilə bilər.
Ödəniş zərərin tam və ya qismən əvəzinin ödənilməsi formasında həyata keçirilir.
