İpoteka qoyanın kredit qarşısındakı borc öhdəliklərini yerinə yetirə bilməməsi ipoteka sığortasının əsas predmetlərindən biridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə hal kreditorun əmlak mənafelərinə zərər vurduqda həmin zərərin tam və ya qismən ödənilməsi mümkündür.
İpoteka sığortası əmlak sığortasına aid kredit sığortası siniflərinə daxildir.
Qanun həmçinin kredit və ipoteka sığortasında ayrıca göstərilməyən digər siniflərin də mümkünlüyünü müəyyən edir.
