Sığorta QAYDALARI

07 Sentyabr 2026, 01:01

Sığorta qaydaları sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı və həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, sığorta qaydaları sığortaçı tərəfindən və ya müəyyən hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qəbul edilən qaydalar da qanunda nəzərdə tutulur.
Bu sənədlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınmaqla hazırlanır.