Sığortalının, sığorta olunanın və faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları sığorta sirri hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta müqaviləsinin sığorta məbləği və ya qaytarılan məbləği barədə məlumatlar da sığorta sirrinə daxildir.
Hər hansı müqavilə üzrə ödənilmiş və ya ödənilməmiş sığorta haqqı barədə məlumatlar da qorunan məlumatlar sırasındadır.
Bu tələblər sığorta münasibətlərində məlumatların məxfiliyinin qorunmasına xidmət edir.