Şəkidə istirahət mərkəzində bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində ölüm halı qurğunun trosunun qırılması nəticəsində baş verib.
Ölənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.
Şəki rayon prokurorluğunda “Şəki Yaylası”nda qurğunun trosunun qırılması nəticəsində 2 nəfərin ölməsi faktı araşdırılır.
