Azərbaycan ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçı hər hansı sığorta növünü aparmaq üçün Mərkəzi Bankdan müvafiq icazə almalıdır.
Bu tələblərə əməl etməyən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Beləliklə, lisenziya və icazə sığorta bazarında qanuni fəaliyyətin əsas şərtləri kimi müəyyən edilir.