Hüquqi şəxs olan sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin kommersiya və biznes sirri ilə bağlı məlumatlar sığorta sirri hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanun belə məlumatların sığorta münasibətləri çərçivəsində qorunmasını nəzərdə tutur.
Bununla sığortaçıların malik olduğu kommersiya xarakterli məlumatların məxfiliyinin təmin edilməsi üçün hüquqi əsas yaradılır.
Sığorta sirri anlayışı həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin müəyyən məlumatlarını əhatə edir.
