Sığortada dair belə hal var

08 Sentyabr 2026, 01:02

Vətəndaş qüsursuzluğu şəxsin qəsdən törədilmiş cinayətə görə məhkumluğunun olmaması və müəyyən ağır cinayətlərə görə heç zaman məhkum edilməməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həmçinin şəxsin müvafiq vəzifəni tutmasına və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır.
Qanunda yaxın qohumlar sırasına ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacı və qardaşlar, həmçinin həyat yoldaşının valideynləri, bacıları və qardaşları daxil edilir.
Maliyyə sahəsi isə bank, sığorta, qiymətli kağızlar sektorlarını, pensiya fondlarını və maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsini əhatə edir.