Sığorta obyekti sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta məbləği isə sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müəyyən edilmiş son həddini ifadə edir.
Qanunda həmçinin həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verildikdə ödənilən “qaytarılan məbləğ” anlayışı da müəyyən edilir.
