Tovuzda evin həyətindən meyit tapılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb.
Şəhər sakini 40 yaşlı İsmayılov Elməddin Balaca oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.
