Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.

Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti – VIII Qurultay bu il keçirilməlidir.

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.