Ali Məhkəmənin sədri qanunla müəyyən edilmiş hallarda məhkəmə işlərini tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr qanunla müəyyən edilmiş hallarda məhkəmə qərarlarından Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir.
O, həmçinin yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar verə bilər.
Ali Məhkəməni təmsil etmək də sədrin səlahiyyətlərinə daxildir.
Sədr Plenumun iclaslarını çağırır, vaxtını və gündəliyini müəyyən edir, iclaslara sədrlik edir və qəbul edilmiş qərarları imzalayır.