Sığortaçılar həyat sığortası və ya qeyri-həyat, yəni ümumi sığorta sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan müəyyən sığorta siniflərini özündə birləşdirir.
Bu siniflərdən biri sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortasıdır.
Digər əsas sinif isə sığorta müqaviləsinin müddəti ərzində şəxsin öldüyü və ya müəyyən edilmiş yaşa və müddətə qədər yaşadığı halda ödəniş verilməsini nəzərdə tutan həyatın yaşam sığortasıdır.