Hər bir sığortaçı fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumatların elektron qaydada yayılması üçün rəsmi internet səhifəsinə malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Şikayət və müraciətlərin elektron qaydada qəbul edilməsi də sığortaçının rəsmi internet səhifəsi vasitəsilə təmin edilməlidir.
Bundan başqa, sığorta və təkrarsığorta müqavilələri barədə məlumatların elektron qaydada daxil edilməsi, emalı və saxlanılmasına imkan verən informasiya sistemi yaradılmalıdır.
Həmin internet səhifəsi və elektron informasiya sistemlərinə dair minimum tələbləri Mərkəzi Bank müəyyən edir.