Sığortaçı qanunvericiliyə, normativ hüquqi və normativ xarakterli aktlara və öz nizamnaməsinə uyğun fəaliyyət göstərən ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs kimi yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər.
Qanun sığortaçının qiymətli kağızlarının, o cümlədən səhmlərinin yalnız adlı qiymətli kağız kateqoriyasında olmasını tələb edir.
Sığortaçının nizamnamə kapitalını təşkil edən səhmlər isə yalnız adi səhm formasında olmalıdır.
