Qanunda kənd təsərrüfatı bitkilərinin, məhsulların və kənd təsərrüfatı heyvanlarının sığortası ayrıca müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bitkilərin sığortası yanğın, təbii fəlakətlər, xəstəliklər və ziyanvericilərin yayılması nəticəsində yaranan itkiləri əhatə edir.
Heyvanların sığortası isə yanğın, təbii fəlakətlər, ziyanvericilər və yoluxucu xəstəliklər nəticəsində heyvanların və quşların məhv olması hallarına şamil edilir.
Aqrar sığorta üzrə ödənişlər “Aqrar sığorta haqqında” qanunda nəzərdə tutulan hadisələr nəticəsində yaranan zərərlərə görə tam və ya qismən həyata keçirilir.
