Gələcəkdə yaranacaq mübahisələrlə bağlı hüquqi müdafiə, məsləhət və danışıqlar üçün çəkilən xərclər sığortalana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İstintaq, məhkəmə, arbitraj və digər icraatlar zamanı ortaya çıxan xərclər də bu sığortanın əhatəsinə daxildir.
Sığorta ödənişi hüquqi xidmətlərlə bağlı xərclərin tam və ya qismən ödənilməsinə yönəldilə bilər.
Qanuna əsasən, mülki məsuliyyət sığortasında sığortalının özü ilə yanaşı, müqavilədə göstərilən digər şəxslərin məsuliyyəti də sığortalana bilər.
