Sığortaçı yalnız Mərkəzi Bankdan icazə aldıqdan sonra müvafiq sığorta növü üzrə müqavilələr bağlaya bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Könüllü sığorta növləri üzrə müəyyən hallarda sığorta qaydalarının Mərkəzi Bankla razılaşdırılması tələb olunur.
Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə bütün sığortaçılar üçün məcburi olan qaydaları Mərkəzi Bank qəbul edir.
Aqrar sığorta üzrə qaydalar isə ayrıca qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənir.
Bu yanaşma sığorta məhsullarının şərtlərinin standartlaşdırılmasına və istehlakçıların hüquqlarının daha yaxşı qorunmasına xidmət edir.