Heç bir şəxs Mərkəzi Bankın razılığı olmadan sığortaçının mühüm iştirak payını əldə edə və ya onun üzərində əhəmiyyətli nəzarət yarada bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Mühüm iştirak payının artırılaraq müəyyən hədlərə çatdırılması və ya həmin hədlərin keçilməsi də Mərkəzi Bankın razılığı ilə mümkündür.
Qanuna zidd şəkildə əldə edilmiş iştirak payının ləğvi üçün Mərkəzi Bank tərəfindən müvafiq tədbirlər görülə bilər.
Mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxslər isə maliyyə vəziyyəti, vəsaitin mənbəyi, hüquqi status və digər tələb olunan məlumatları təqdim etməlidirlər.