Səhmdarların Ümumi Yığıncağı sığortaçının büdcəsini təsdiq etmək və qəbul etmək səlahiyyətinə malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Yığıncaq Direktorlar Şurasının, İdarə Heyətinin və digər müvafiq idarəetmə strukturlarının əsasnamələrini təsdiq edə bilər. İdarə Heyətinin üzvlərinin, o cümlədən sədr və müavinlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi də yığıncağın səlahiyyətlərinə aid edilir. Bundan başqa, müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təsdiqi də səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə daxildir
