Gəncədə bacı-qardaş bıçaqlanıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.
35 yaşlı İ.Əliyev əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən İ.Əliyev saxlanılıb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 05:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd edilib ki, hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
