ChatGPT riyaziyyatın ən çətin məsələlərindən birini həll edib.
Heftelik.az xəbər verir ki, bu barədə məlumatı ChatGPT-ni yaradan şirkət açıqlayıb.
Məlumata görə, həmin məsələ Kleya Riyaziyyat İnstitutu tərəfindən irəli sürülən yeddi “minilliyin problemi”ndən biri olan Navye–Stoksdur.
OpenAI bildirib ki, Navye–Stoks məsələsi şirkətin daxili sistemi vasitəsilə həll edilib. Sözügedən sistemin sonuncu GPT-6 Astra modelindən daha güclü olduğu qeyd olunub. Təxminən 10 min süni intellekt agenti eyni vaxtda həll üzərində işləyib və nəticəni 88 saata əldə edib.
Bu nailiyyət böyük həcmdə hesablama resurslarından istifadə edən qabaqcıl süni intellekt modellərinin riyaziyyat sahəsinə getdikcə daha çox daxil olduğunu və bu sahəni dəyişdirdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilir.
Navye–Stoks məsələsinin mahiyyəti hava və su kimi maye və qazların hərəkətini təsvir etmək üçün istifadə olunan tənliklərin müəyyən şərtlər altında işləməyə davam edib-etmədiyini müəyyənləşdirməkdən ibarətdir.
OpenAI-nin təqdim etdiyi sübut belə nəticəyə gəlir ki, müəyyən hallarda tənliklərdə “partlayış” baş verə bilər və mayenin hərəkət sürəti qeyri-məhdud şəkildə arta bilər.
Kleya Riyaziyyat İnstitutu yeddi “minilliyin problemi”ndən hər hansı birini həll edən riyaziyyatçıya 1 milyon dollar mükafat təqdim edir.
