Sığortaçının Direktorlar Şurası üç nəfərdən az olmayan tək sayda fiziki şəxsdən təşkil edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Şuranın üzvlərindən ən azı biri müstəqil şəxs olmalıdır. Direktorlar Şurasının üzvləri üç ildən çox olmayan müddətə seçilir və növbəti müddətlərə yenidən seçilə bilərlər. Şuranın iclası üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır, qərarlar isə iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
