Qanunvericilik müəyyən kateqoriyalara aid şəxslərin hakim vəzifəsinə namizəd olmasına məhdudiyyət qoyur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Din xadimləri, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər hakim ola bilməzlər.
Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər də bu vəzifəyə təyin edilə bilməz.
Tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan şəxslər üçün də məhdudiyyət tətbiq olunur.
Bundan başqa, müəyyən cinayət və intizam halları ilə bağlı şəxslərin hakim vəzifəsinə namizədliyi də qanunla məhdudlaşdırılır.