Hakimlərin andiçməsi onların dövlət və ədalət mühakiməsi qarşısında məsuliyyətinin təcəssümü hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakim and içdikdən sonra səlahiyyətlərini həyata keçirməyə başlayır.
Andın mətnində hakim ədalət mühakiməsini Konstitusiya və qanunlara tam uyğun həyata keçirəcəyinə söz verir.
Hakim həmçinin müstəqilliyini və ləyaqətini qoruyacağına dair öhdəlik götürür.
Andın mətni hakim tərəfindən imzalanır və sənəd onun şəxsi işində saxlanılır.