Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etika prinsipləri və standartlarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Kodeks hakimlər üçün xüsusi əxlaq və ədəb tələblərini müəyyənləşdirir.
Sənəddə hakimlərin peşəkar etika məsələləri və iş fəaliyyətindən kənar davranışları da tənzimlənir.
Kodeks həmçinin hakimlərin peşə fəaliyyətinə münasibətini müəyyən edir.
Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilir.
