Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri beynəlxalq standartlar, qaydalar və normativlər nəzərə alınmaqla həyata keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yol layihələrində yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və əlilliyi olan şəxslərin spesifik ehtiyacları ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır. Bu layihələr təhlükəsizlik qaydalarına, normativlərə və standartlara uyğunluq baxımından ekspertizadan keçirilməlidir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsrəflərin azaldılması qadağandır. Tikilmiş və ya təmir edilmiş yolların təhlükəsizlik tələblərinə uyğunluğu isə xüsusi komissiyanın müayinəsi, yoxlaması və sınağından sonra qəbul aktı ilə təsdiqlənir.