Hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Hakimlərin müstəqilliyi onların dəyişilməzliyi, toxunulmazlığı, siyasətsizləşdirilməsi və məhkəmə fəaliyyətinə müdaxilənin yolverilməzliyi ilə təmin edilir. Hakimlər cinayət başında yaxalanması halları istisna olmaqla, qanunda müəyyən edilmiş xüsusi prosedurlar olmadan tutula və ya həbs edilə bilməzlər. Hakimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Hakimlərin siyasi fəaliyyətlə məşğul olması, siyasi partiyalara üzv olması və hakimliklə bir araya sığmayan digər fəaliyyətlərlə məşğul olması qadağandır.