Dövlət nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək səlahiyyətinə malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitələri texniki baxışdan keçirilir.
Konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara uyğun gəlməyən avtomobillərin istismarı qadağan edilə bilər.
Mühərrik, ban və şassi nömrələrinin qeydiyyat sənədlərində göstərilən nömrələrə uyğun gəlməməsi də belə tədbirə əsas yarada bilər.
Bu tələblərin əsas məqsədi texniki nasaz və təhlükəsizlik standartlarına cavab verməyən nəqliyyat vasitələrinin yollarda istifadəsinin qarşısını almaqdır.