Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində insanların həyatının və sağlamlığının iqtisadi nəticələrdən üstün tutulması əsas prinsiplərdən biridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunda dövlətin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyətinin yol hərəkəti iştirakçılarının məsuliyyətindən üstün olduğu göstərilir.
Təhlükəsizliyin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin maraqlarına əməl olunmalıdır.
Bu sahədə fəaliyyətə məqsədyönlü və kompleks yanaşma tələb edilir.
Yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin hərəkətə buraxılması, sürücülərin hazırlanması və tibbi təminat əsas istiqamətlər sırasındadır.
