Sığorta riski sığorta obyekti ilə bağlı itki və ya zərərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta hadisəsi müqavilənin qüvvədə olduğu müddətdə baş verən və sığorta ödənişinin verilməsi üçün əsas olan hadisə və ya hal hesab edilir.
Sığorta tələbi isə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya qanun və müqavilə üzrə vəzifələrini icra etməsi barədə müraciətidir.
Təkrarsığorta müqavilələrində isə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciət “təkrarsığorta tələbi” adlandırılır.
