Qanunda müəyyən hallarda sığortaçı və xarici sığortaçı anlayışlarının müvafiq olaraq təkrarsığortaçı və xarici təkrarsığortaçını da əhatə etdiyi göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu yanaşma müvafiq müddəada təkrarsığortaçı ayrıca fərqləndirilmədikdə tətbiq olunur.
Həmçinin yalnız sığortaçıya və ya xarici sığortaçıya münasibətdə tətbiq edilə bilən xüsusi məzmun olmadıqda bu qayda qüvvədədir.
Eyni cümlədə həm sığortaçı, həm təkrarsığortaçı və ya onların xarici analoqları ayrıca göstərilmədikdə də anlayışların bu qaydada tətbiqi nəzərdə tutulur.
