Bankın nizamnamə kapitalında mühüm iştirak payı almaq istəyən şəxslə bağlı sənədlər Mərkəzi Banka təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sənədlər bankın səlahiyyətli idarəetmə orqanının müraciəti və qərarı ilə birlikdə təqdim olunur.
Tələb olunan sənədlərin siyahısı müraciət edən şəxsin hüquqi və ya fiziki şəxs olmasından asılı olaraq dəyişir.
Qanun bu prosesin şəffaf şəkildə həyata keçirilməsini nəzərdə tutur.
