Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Fənərbaxça” İstanbulda “Roma”nı qəbul edib.

Heftelik.az xəbər verir ki, qarşılıqlı qolların vurulduğu matç 1:1 hesabı ilə nəticələnib.

Beləliklə, Türkiyə təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinə xalla başlayıb.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi İsmail Kartal postundan ayrıldığını açıqlayıb. O, Çempionlar Liqasının “Roma” ilə matçından sonra baş tutan mətbuat konfransında istefa verdiyini bildirib:

“Yol yaxınkən istefa verirəm. Bir daha əsla geri dönməmək şərtilə bu qərarı alıram”.

Qeyd edək ki, İsmail Kartal bu posta mövsümün əvvəlində təyin olunmuşdu.