Banklar yalnız adlı səhmlər buraxa bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanunda nəzərdə tutulan istisnalar xaricində imtiyazlı səhm sahibləri səsvermə hüququna malik olmayacaqlar.
Bankın təsisçiləri sonrakı səhmdarlardan fərqli hər hansı əlavə üstünlük əldə edə bilməzlər.
Onların digər səhmdarlardan fərqli əlavə vəzifələr daşıması da nəzərdə tutulmur.
