Bankın kapitalında mühüm iştirak payı almaq istəyən hüquqi şəxs geniş məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu məlumatlara hüquqi şəxsin adı, ünvanı və fəaliyyət növü daxildir.
Son üç maliyyə ilini əhatə edən auditdən keçmiş maliyyə hesabatları və auditor rəyləri də təqdim olunmalıdır.
Bundan əlavə, iştirak payının alınmasına razılıq verən səlahiyyətli idarəetmə orqanının qərarı da təqdim edilir.