Mərkəzi Bank bəzi hallarda mühüm iştirak payının əldə edilməsinə icazə verməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sənədlər tam təqdim edilmədikdə müraciət rədd ediləcək.
Hüquqi və ya fiziki şəxslər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda da icazə verilməyəcək.
Maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olması və vəsaitin mənbəyinin məlum olmaması da imtina səbəbləri sırasındadır.