Elektron xidmətlərin təşkili və göstərilməsi dövlət orqanları tərəfindən qanunvericilik və müəyyən olunmuş texniki tələblər əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Elektron xidmətlərin yaradılması məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan sonra mümkün olacaq.
Bunun üçün informasiya təhlükəsizliyi üzrə müsbət rəyin alınması və sistemin mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi tələb olunur.
Elektron xidmət yalnız vahid reyestrə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra göstəriləcək.
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını səlahiyyətli qurum müəyyən edəcək.
Bu mexanizm dövlət xidmətlərinin vahid standartlarla təqdim edilməsini təmin etməyə xidmət edir.
